Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları külli miqdarda narkotik maddəni dövriyyədən çıxarıb.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, 51 yaşlı Məmmədiyyə Xəlilov Nəriman Nərimanov prospekti, 36 ünvanında tutulub.
Onun əlindəki torbaya baxış keçirilən zaman çəkisi 2 kq-a yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
M.Xəlilov ifadəsi zamanı Bakıya işləmək üçün gəldiyini, narkotik maddələri öz istifadəsi üçün gətirdiyini bildirib.
Toplanan materiallar araşdırma üçün Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
E.Ə.
www.oxu.az