Avqustun 23-də paytaxtın Yasamal rayonu ərazisində 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az-a bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Bakıda qətl hadisəsi törədilib.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 23-də saat 9 radələrində paytaxtın Yasamal rayonunda baş verib. 1980-ci il təvəllüdlü İradə Muradova münaqişə zəminində qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1977-ci il təvəllüdlü Emin Ağacanov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli