Bakıda orta məktəb şagirdi bıçaqlanıb.
Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə 286 saylı orta məktəbin qarşısında qeydə alınıb.
Həmin məktəbin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Arif Qəhrəmanov məktəb yoldaşı, 1999-cu il təvəllüdlü Xəqani Ramazanovu bıçaqlayıb.
Nəticədə X. Ramazanov xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az