Yevlaxda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Yevlax rayonunda Aqilə Əliyevanın evindən qızıl və gümüş əşyalar oğurlanıb.
Bununla əlaqədar Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri keçirilib.
Əməliyyat tədbirləri nəticəsində Aqilə Əliyevanın evindən qızıl və gümüş əşyalar oğurlamış şəhər sakinləri Zarina Kərimova və bacısı Pərvanə Nadirova tutulublar.
Faktla bağlı aradşırma aparılır.
E.Ə.
www.oxu.az