Müğənni-bəstəkar Emin “8 v padenii” adlı yeni albomuna təqdimat mərasimi keçirib.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, gecəyə Rusiya şou-biznesinin tanınmış simaları da qatılıb. Yeni və sevilən mahnılarını səsləndirən Eminin tədbirində Hollivud ulduzu Stiven Siqal iştirak edib.
Qeyd edək ki, Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində dekabrın 16-sı və 17-də konsert proqramı ilə çıxış edəcək.