Zaqatala rayonunda oğurluq hadisəsi baş verib.
Oxu.Az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, avqustun 14-də Zaqatala şəhərində yaşayan Nila Voytenko RPŞ-yə müraciət edib evinə gəlmiş naməlum şəxs tərəfindən 700 manatını oğurlamasını və qonağı Mesed Qazıyevanın döyülməsini bildirib.
RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakini, əvvəllər məhkum olunmuş Mübariz İsayev tutulub.
E.Ə.
www.oxu.az