Qazaxıstanda avtodillerlər təngənin kursunun korrektə edilməsi ilə əlaqədar avtomobillərin qiymətinin yenidən hesablanması üçün satışı dayandırıblar.
Oxu.Az bu barədə “Tengrinews”a istinadən xəbər verir.
Satışı əsasən “Astana-Motors”, “Allur Auto” və “Bipek Avto” dayandırıb. Satışın sonunda Amerika valyutasının qiyməti 1 dollar üçün 257 təngədən, orta qiymət 1 dollar üçün 255,26 təngədən ibarət olub.
Ötən çərşənbə KASE-də dolların satışı 1 dollar üçün 197,9 təngədən ibarət olub. Beləliklə, Amerika valyutasının birja kursu 28,9% yüksəlib.
“Kurs möhkəmlənən kimi satışlar davam edəcək”, - “Bipek Avto”dan bildiriblər.
“Hal-hazırda bütün satışlar dayandırılıb, yeni prays-list hazırlanır”, - “Astana-Motors”da qeyd ediblər.
Portalın məlumatına görə, cümə axşamı Qazaxıstanın baş nazirinin müavini Bakıtcan Saqintayev bəyan edib ki, Qazaxıstan avtodilerləri dövlətdən əlavə dəstək alacaqlar.