Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Zaqatalada iki nəfərin ölümünə səbəb olan partlayışla bağlı cinayət işi başlanılıb
Sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində baş vermiş partlayış nəticəsində bir nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun qeyd edilən tarixdə Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını atması nəticəsində baş verən parlayışla əlaqədar aldığı xəsarətlərdən ölməsi, Məqsəd Rzayevin isə növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq davam aparılır.
"Zaqatala" teqi üzrə xəbərlər
- Nurulla Siracov arzusuna çatdı - Həyat yoldaşı sağ tapılıb
- Qəzaya uğrayan təyyarədə həlak olanlardan altısı Zaqataladandır
- Küçədə arvadını döydü, qonşusunu bıçaqladı
- Zaqatalada məktəb PROBLEMİ: Şagirdlərin qarşısına İLANLAR ÇIXIR
- Eyni evdən iki itki: Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı HƏLAK OLDU