Zaqatalada məsciddən pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə iyulun 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidində qeydə alınıb.
Məscidin nəzir qutusundan 200 manat pul oğurlanıb.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Arif Aslanov tutulub.