Zərdab rayonunda evdən külli miqdarda pul və qızıl əşylar oğurlanıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, rayon sakini Şaiq Əmiraslanova məxsus evdən naməlum şəxslər 15 min ABŞ dolları və qızıl-zinət əşyaları oğurlayıblar.
Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən həmyerlisi Niyaz Davudov tutulub. Məlum olub ki, oğurluqla məşğul olan qrup 3 nəfərdən ibarətdir və qrupun digər üzvlərinin tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.
E.Ə.
www.oxu.az