Bostonda yaşayan 26 yaşlı Joey Prixx pirsinq ustasıdır. Joey öz bədənini sənət əsərləri ilə bəzəyib. O, bu günə qədər 100-dən artıq estetik-plastik cərrahiyyə əməliyyatı keçirib. İndi isə ombasına silikon etdirməyi ilə gündəmə gəlib.
Oxu.Az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Yeni görünüşü ilə özünü xoşbəxt hiss etdiyini deyən Joey, sosial şəbəkə izləyicilərinə bu addımı atmazdan əvvəl “Tez qərar verməyin, yaxşı düşünün!” deyərək məsləhət verib.
O, əməliyyatdan əvvəl və sonrakı dövrlərin çox ağrılı keçdiyini, amma “hər şeyə dəyərdi” söyləyib. Hətta gələcəkdə silikonların ölçüsünü böyütdürmək istədiyini də vurğulayıb.
Joey əyləşəndə özünü iki ədəd su ilə dolu böyük şarın üzərində oturmuş kimi hiss etdiyini də deyib.
Aytən Sadıqzadə
www.oxu.az