Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.
Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulublar.
Öncə yığmamızın əsas medal ümidləri - Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviç (58 kq) xalça üzərinə çıxıblar.
48 kq
Mübarizəyə 1/8 final mərhələsindən başlayacaq Mariyanın ilk rəqibi Patrisia Bermudesdir. Pekin Olimpiyadasında bürünc, London Olimpiyadasında gümüş medal qazanan Stadnikin argentinalı ilə bu görüşü Bakı vaxtı ilə saat 17:48-də başlayıb.
58 kq
Yuliya Ratkeviç də mübarizəyə 1/8 final mərhələsindən start verəcək. Onun ilk rəqibi ukraynalı Oksana Herheldir. London Olimpiya Oyunlarında bürünc medal qazanmış təmsilçimizin ilk qarşılaşması saat 17:55-də start götürüb.
E.Ə.
www.oxu.az