Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
ABŞ-da yeni qadağa - Pişiklərin caynaqlarını kəsmək olmaz
ABŞ-ın Nyu York ştatında pişiklərin caynaqlarını kəsmək qadağan edilib. Yeni qanun heyvan müdafiəçilərinin uzun mübarizəsindən sonra qəbul edilib.
Oxu.Az xəbər verir ki, Nyu York qubernatoru Endrü Kuomo qanunu belə şərh edib:
“Caynaqların kəsilməsi amansızlıqdır, bu ağrılı prosedur müdafiəsiz heyvanlarda fiziki problemlərə və davranış pozuntularına səbəb ola bilər. Bu gün buna son qoyduq. Bu köhnəlmiş təcrübəni qadağan etməklə heyvanların gələcəkdə qeyri-insani və lazımsız prosedurlara məruz qalmasının qarşısını alırıq”.
Caynaqların kəsilməsi zamanı bütün ətraf falanqaların amputasiyası baş verir, bu da çoxsaylı fəsadlara səbəb ola bilər. Heyvan özünümüdafiə imkanından məhrum olur, acizləşir və təcavüzkarlıq nümayiş etdirməyə başlayır.
Almaniya, İsveçrə və bir çox başqa ölkələrdə də pişiklərin caynaqlarının kəsilməsi qəti qadağandır.
"Almaniya" teqi üzrə xəbərlər
- Qərbi Azərbaycan İcması Almaniyanın ictimai radiosunun Azərbaycanla bağlı böhtanını qınayıb
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- Almaniyalı diplomat İslamabadda ölü tapıldı
- Almaniyada xəstəlik məzuniyyətində olan işçiləri detektivlər yoxlayacaq
- Şolts Ukraynaya çatacaq hərbi yardımın qarşısını alır