Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

ABŞ dövlət səviyyəsində təyyarə oğurluğu etdi - FOTO
ABŞ Venesuela şirkətindən “Boeing 747-300M” təyyarəsini müsadirə etdiyini bildirib. Səbəb isə təyyarənin Birləşmiş Ştatlarda istehsal edilməsi və əvvəllər İran aviaşirkətinə məxsusluğu göstərilib.
Məlum olub ki, ABŞ tərəfi təyyarəni Argentinadan Floridaya gizlin şəkildə aparıb.
Venesuela bunu “rüsvayçı soyğunçuluq əməliyyatı” adlandırıb. Karakasdan vurğulanıb ki, təyyarə gizli şəkildə, radio rabitəsi söndürülərək ABŞ-yə aparılıb.
Venesuela Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, ABŞ və Argentina mülki aviasiya qaydalarını, həmçinin Venesuela şirkətinin kommersiya, mülki və siyasi hüquqlarını pozub. Bu hadisəyə cavab olaraq Venesuela güclü, birbaşa və mütənasib cavab vəd edib.
“Bu məqsədlə Karakas milli konstitusiya, diplomatiya və beynəlxalq hüquq çərçivəsində bütün mümkün vasitələrdən istifadə edəcək və təyyarənin qanuni sahibinə qaytarılmasına nail olacaq”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Venesuela şirkətinə məxsus təyyarə 2022-ci il iyunun əvvəlində yanacaq doldurmaq üçün eniş zamanı Argentinada saxlanılıb. Argentina hakimiyyəti Vaşinqtonun təkidi ilə təyyarəni həbs edib.
Mənbə: Kp.ru
"Argentina" teqi üzrə xəbərlər
- Elçin Əmirbəyov Argentinada bir sıra rəsmi şəxslərlə görüş keçirib
- Buenos-Ayresdə pensiyaçılarla polis arasında qarşıdurma: Təxminən 150 nəfər saxlanılıb
- Argentinada Maradonanın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb
- Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır
- Argentinada daşqınlar azı 10 nəfərin həyatına son qoyub