Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
 (2) (1):1200.jpg)
Qərbi Azərbaycan İcması Ermənistanın təxribatını pisləyib
Qərbi Azərbaycan İcması Ermənistanın şərti sərhəddə son hərbi təxribatını kəskin şəkildə pisləyir. Bu, Ermənistanın başda Fransa olmaqla bir sıra dövlətlər tərəfindən silahlandırılmasının nəticəsi olmaqla yanaşı, həm də onun sülh müqaviləsinin imzalanmasından yayınmasını göstərir.
Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd olunub.
Əlində durbinlə şərti sərhədi, Zəngəzur dağlarını ələk-vələk edən Avropa İttifaqının Ermənistandakı Missiyası nəyə görə bu planlaşdırılmış təxribata reaksiya vermir? Bəs, Jozep Borrelin, Dövlət Departamentinin, konqresmenlerin, irqçi fransız siyasətçilərinin, Hollandiyanın, Kanadanın, Litvanın, Avropa Parlamentinin, Frank Şvabe, Natali Luazo, Marina Kalyurand, Jan-Kristof Buisson kimi Don Kixotların niyə səsi çıxmır?
Görünən odur ki, Ermənistan yenə də 2023-cü ilin yay aylarında olduğu kimi hansısa beynəlxalq dəstəyə inanıb Azərbaycana qarşı təhlükəli addımlar atır. Ermənistan xarici paytaxtların sözü ilə oturub-durmamalı, proksi dövlət olmamalı və “birinci respublika”nın səhvlərini təkrarlamamalıdır.
"Fransa" teqi üzrə xəbərlər
- Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: "Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə"
- Makronun adamlarının qalmaqallı korrupsiyasına dair ŞOK SƏNƏDLƏR YAYILDI
- Avropa İttifaqı Azərbaycan-Ermənistan şərti sərhədində niyə aktivləşib?
- Fransa Trampı Avropa İttifaqını dağıtmaq cəhdində ittiham edir
- Fransanın sabiq baş naziri saxlanıldı