Ağdaş rayonunda yük maşını aşıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Ağdaşın Qaradeyin kəndi ilə Yevlax rayonunun Qarxun kəndləri arasında baş verib.
Belə ki, idarəetmədən çıxan “Qazel” markalı yük maşını yol kənarındakı maneəyə çırpılıb və aşıb.
Hadisə nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
A.M.