“Alfa Romeo” brendi avtomobil həvəskarlarının səbirsizliklə gözlədiyi yeni modellərini təqdim etməyə davam edir.
“Küləyə qalib gəl!” marafonunda “Alfa Romeo Giulietta” modelinin təntənəli təqdimatı keçirildi. 100 ildən artıq tarixi olan “Alfa Romeo” yalnız avtomobil istehsal etməklə kifayətlənməyib sosial layihələrə qoşularaq insan həyatı və sağlamlığına fokuslanmışdır.
“Bakı Marafonu – 2017” idman layihəsində iştirakının əsas məqsədi insanları sağlam həyat tərzinə həvəsləndirməkdir. “Alfa Romeo” “4C Start” nöqtəsindən idmançıları müşayiət edib və marafon qalibləri ilə birgə finiş xəttinə gəlib, sevinclərini onlarla bölüşmüşdür.
Bakı Olimpiya Stadionunda təşkil olunmuş “Alfa Romeo” guşəsində “Alfa Romeo Giulietta” modeli iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Burada markanın bütün model cərgəsi, “Alfa Romeo Giulia”, “Alfa Romeo Mito” və “Alfa Romeo 4C” də nümayiş olunmuşdur.
Təqdimatı reallaşandan sonra tədbir qonaqları “Alfa Romeo Giulietta” ilə daha yaxından tanış ola bildilər. Modelin yeni ön hissəsi klassik “Alfa Romeo” motivinin təkmilləşmiş forması olan dəbdəbəli şəbəkə ilə bəzədilmişdir.
Bamperdə mükəmməl simmetriya ilə quraşdırılmış duman faraları ilə birlikdə böyük LED ön faralar “Giulietta” modelinə cəzbedici və iddialı görünüş verir. 170 at gücünü 1.4 litr həcmli mühərrikdə performans və qənaət arasında mükəmməl bir balans yaradır.
“Alfa Romeo Giulietta” yola hakim olma, çeviklik və təhlükəsizlik məsələlərində ən tələbkar alıcıları məmnun edə biləcək bir avtomobildir. “Giulietta”nın bütün elementləri hər şərtdə mükəmməl qüvvət və çeviklik tarazlığını təmin edəcək şəkildə hazırlanmışdır.
“Alfa Romeo” markasının rəsmi distributoru “Autolux Azərbaycan” şirkətindən verilən məlumata görə, yay aylarında bazara markanın tarixində ilk krosover “Alfa Romeo Stelvio” təqdim olunacaq.
“Giulietta” və “Alfa Romeo” markasının digər modelləri haqqında ətraflı məlumat almaq üçün Ü.Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz.
“Alfa Romeo” brendinin yeniliklərini “Alfa Romeo Azerbaijan” “Facebook” və “Instagram” səhifələrindən izləyə bilərsiniz.
U.A.
www.oxu.az