Argentinada siması insan sifətini xatırladan keçi balası dünyaya gəlib.
Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə “El Chorrillero” nəşri məlumat yayıb.
Heyvan çərşənbə axşamı ölkənin La-Rioxa vilayətində doğulub. Heyvanın sahibi Qledis Ovyedo deyib ki, çəpişin başı deformasiyaya uğrasa da, digər çəpişlərdən heç nəyi ilə fərqlənmirdi.
Təsərrüfat sahibinin sözlərinə görə, mutant çəpiş üç saatdan çox yaşamayıb.
“Mən ona süd verməyə hazırlaşırdım ki, gördüm o nəfəs almaqda çətinlik çəkir. Tezliklə öldü”.