Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Artıq çəki yaradan məhsullar açıqlandı
Mütəxəssislər insan orqanizmində sağlamlıq üçün təhlükəli piy təbəqəsinin yaranmasına təsir göstərən beş məhsulu müəyyən edib. Visseral piy yüksək təzyiqlə bağlı problemlərə, qanda şəkər miqdarının artımına və ürək-damar sistemi xəstəliklərinə yol açır.
Oxu.Az xəbər verir ki, bu barədə “Express” nəşrində məqalə dərc olunub.
Düyü, qarğıdalı lopaları, qızarmış kökə, çörək, kartof qarın-bel nayihəsində təhlükəli piylərin yığılmasına təsir göstərir.
Alimlər 69 könüllünün səhhəti ilə bağlı aparılan müşahidələr və müayinələr nəticəsində belə bir nəticəyə gəlib.
Az karbohidratlı pəhriz visseral piyin 10 faizə qədər itirilməsinə kömək olub. Tərkibində az miqdarda yağlar olan qidalarla saxlanılan pəhriz isə bu baxımdan o qədər də effektiv olmayıb.
Ancaq mütəxəssislər bu məhsulları heç də tam olaraq rasiondan çıxarmağı tövsiyə etmir.
Sadəcə, onlara daha az zərəri olan məhsullarla əvəz tapmağı, məsələn, yarma çörəyini ağ çörəyə dəyişməyi, səhərlər qarğıdalı lopaları əvəzinə sıyıq yeməyi, qızardılmış kartof əvəzinə qaynadılmış kartofdan istifadə etməyi məsləhət görür.