Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanvarın 8-də saat 17:00 radələrində Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Abad kənd sakini Rza Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Mənsur Hacıyevi vurub.
Nəticədə, xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.