Şəkidə fəaliyyət göstərən Azərbaycan Milli Mətbəxi Muzeyi təkcə qədim ənənələrin qorunduğu məkan deyil, həm də xalqımızın zəngin kulinariya irsini yaşadan ünvanlardan biridir.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, Sənətkarlar Evində yerləşən bu muzey ziyarətçiləri ölkəmizin zəngin mətbəx mədəniyyəti ilə tanış edir.
Burada qədim mis qablar, saxsı küplər, milli mətbəxdə istifadə olunan alətlər, süfrə mədəniyyətinə aid eksponatlar, eləcə də müxtəlif bölgələrə məxsus yeməklərin hazırlanma ənənələri nümayiş etdirilir.
Məkanda ziyarətçilərə Azərbaycan mətbəxinin təkcə yeməklərdən ibarət olmadığı, həm də xalqın həyat tərzini, qonaqpərvərliyini və adət-ənənələrini əks etdirən mühüm mədəni irs olduğu çatdırılır.
Muzey yerli və xarici turistlər üçün maraqlı məkanlardan biri hesab olunur. Şəkinin tarixi ab-havası ilə milli mətbəx irsini bir araya gətirən bu məkan Azərbaycanın zəngin kulinariya ənənələrinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Azərbaycan Milli Mətbəxi Muzeyindən fotoreportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az