Astarada avtomobil yolu keçmək istəyən məktəblini vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Astaranın Şahağacı kəndində baş verib.
Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2007-ci il təvəllüdlü Səbinə Niyaməddin qızı Əsədova müəllimlərin köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Məktəbli reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
A.M.