Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Avropada yeniyetmələr üçün xüsusi avtomobil təqdim olundu - FOTO
İsveçrənin “Micro Mobility Systems” şirkəti Cenevrə avtosalonunda kompakt elektromobil “Microlino Lite”ın istehsal versiyasını təqdim edib.
Bir sıra Avropa ölkələrində moped sürmək hüququ olan 14 yaşından yuxarı yeniyetmələr belə avtomobili idarə edə bilərlər.
Məlumata görə, “Microlino Lite”ın maksimal sürəti 45 kilometr/saat, elektromobilin uzunluğu 2,5 metr, çəkisi isə 600 kiloqramdan çox deyil. Elektrik mühərrikinin pik gücü 12 at gücünə bərabərdir. Əsas 5,5 kilovat/saatlıq batareya ilə bir dəfə doldurulmaqla qət edilən məsafə təxminən 100 kilometr, daha böyük 11 kilovat/saatlıq batareya ilə isə 177 kilometrdir.
Qeyd olunur ki, elektromobilin park edilməsi üçün adi avtomobillə müqayisədə üç dəfə daha az yer tələb olunur. Yüngül çəkisi sayəsində mini-elektrik avtomobili adi elektromobildən daha az enerji sərf edir.
Birinci mərhələdə elektrik avtomobillərini ayda 156 avroya (illik yürüş həddi 5000 kilometr olmaqla 48 ay müddətinə) lizinqlə əldə etmək mümkün olacaq.
Mənbə: iz.ru
"İsveç" teqi üzrə xəbərlər
- İsveçdə məktəb yaxınlığında atışma: 10-a yaxın adam həlak oldu
- İsveç hökumətindən ittiham: "Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır"
- İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu
- İsveç Şimali Avropanın ən böyük İslam mərkəzinin rəhbərini deportasiya edir
- İsveçdə Quranı yandıran iraqlının öldürülməsinə görə saxlanılanlar azad ediliblər