Avtraliyanın Darvin şəhərində turistlər üçün maraqlı əyləncə yaradılıb.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, adrenalin dolu anlar yaşamaq istəyən şəxslər 135 dollar ödəməklə, suyun altında 30 dəqiqə nəhəng timsahlarla qala bilərlər. Timsahların uzunluğu 7 metr, çəkiləri isə 2 tondan artıqdır.
Attraksion "Ölüm Qəfəsi" adlanır və orada 7 timsah saxlanılır.
E.C.
www.oxu.az