Hindistandan olan startaperlər sahibinə yolu və hara getmək lazım olduğunu göstərən ayaqqabı icad ediblər.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, ayaqqabını hələ 2011-ci ildə düşünüblər, ondan artıq 50-yə yaxın insan istifadə edir The Times of India, saytında bildirilib.
Qırmızı rəngli ayaqqabı GPS yardımı ilə məkanı və marşrutu təyin edir. Lazımi istiqaməti göstərmək üçün ayaqqıbda quraşdırılan xüsusi qurğu titrəşim yaradır, bununla da sahibini düzgün istiqamətə yönləndirir, istiqamət isə sağ və ya sol ayaqqabının titərməsindən asılı olaraq seçilir.
Ayaqqabı Bluetooth və smartfonlar üçün xüsusi əlavələrin yardımı ilə idarə edilir. Enerji mənbəyi kimi adi batareyadan istifadə edilir.
Həmçinin yürüyüş zamanı kolorilərin hesablanması da nəzərə alınıb.
Ayaqqabının qiyməti 100-150 dollar arasındadır. Əsas sifarişçilər – gəzinti zamanı marşrut üçün narahat olmaq istəməyən turistlərdir.
Bu yeniliyi icad edənlər hesab edirlər ki, onların ayaqqıbısı görmə qabiliyyəti zəif olan insanlar və uşaqlar üçün əlverişlidir. Startaperlər məmulatın yalnız funksiyasına deyil, eləcə də stilinə diqqət etməyi düşünürlər.
Artıq şirkət öz saytı vasitəsilə 25 min cüt üçün sifariş alıb, 2015-ci ilin aprel ayına qədər startap min cütdən çox satış planlayır.