ABŞ-da parkda ayı 10 yaşlı uşağa hücum edib.
Oxu.Az-ın Fox News-a istinadən verdiyi məlumata görə, hadisə Yellostoun milli parkında baş verib.
Ayı qəflətən ağacların arasından çıxaraq insanlara hücum edib. Valideynləri ilə birlikdə olan 10 yaşlı oğlan qaçmağa cəhd etsə də, bu, mümkün olmayıb.
Valideynlər xüsusi aerozolu tapıb işə salanadək, ayı uşağa xəsarətlər yetirib və qaçıb. Uşaq xəstəxanaya yerləşdirilib.