Son dövrlər dövlət qeydiyyat nömrə nişanı olmadan yollarda hərəkət edən avtomobillərin sayı nisbətən artıb.
Oxu.Az xəbər verir ki, xezerxeber-in əməkdaşı magistral yolda hərəkət edən belə bir avtomobilin görüntüsünü lentə alıb.
Kadrlar Ələt-Astara magistralında lentə alınıb. Yolda hərəkətdə olan “VAZ 21011” markalı avtomobilin arxa hissəsində və ön hissəsində dövlət qeydiyyat nömrə nişanı yoxdur. Üstəlik, avtomobil saatda 100 km-dən artıq sürətlə hərəkət edir.
Ekspertlər isə bunun olduqca təhlükəli və məsuliyyətsiz bir addım olduğu qənaətindədir. Bəs bu məsələdə qanunvericilik nə deyir?
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, həmin avtomobilin sürücüsü bu hərəkəti ilə böyük məsuliyyətsizliyə yol verib. Nömrəsiz avtomobillərlə yol verilən qayda pozuntuları təkcə avtomobil sahibinin yox, elə yol polislərinin də işini xeyli çətinləşdirir.
Ərşad Hüseynovun sözlərinə görə, son dövrlər belə hallara yol verən sürücülərin sayının artmasının əsas səbəbi qanunvericilikdə kifayət qədər sərt cəza tədbirinin olmamasıdır.
Qaldı ki, elə bu qayda pozan sürücünün necə müəyyən edilməsinə, ekspert deyir ki, polis əməkdaşları yollarda quraşdırılan kameralar vasitəsi ilə həmin avtomobilin izinə düşərək onu tapa bilərlər.
Mövzu ilə bağlı ətraflı materialı təqdim edirik:
İ.N.