Rusiyanın AdMe.ru portalı ənənəvi olaraq aylıq foto-hesabat hazırlayıb. Bu hesabata avqust ayında çəkilən ən mühüm kadrlar daxil olub.
Oxu.Az xəbər verir ki, keçən ayın ən yaxşı fotoşəkilləri sırasında Bakıda Faiq Nağıyev tərəfindən çəkilən şəkil də yer alıb.
“Bəzən bir şəkil hekayətə çevrilə və yaxud da emosiyalara səbəb ola bilər. Məhz AdMe.ru-nun “Günün fotosu” rubrikasında hər gün belə şəkillər dərc edilir”, - portal yazır.
“Bəzən bu sadəcə uğurlu rakurs və ya lazımi andır. Bəzən gözəl mənzərə və ya unikal məhfumdur. Çox zaman isə bu, dünyanın müxtəlif səmtlərində yaşayan fotoqraflar tərəfindən gündəlik həyatımızın sənədləşdirilmiş xronikasıdır…”, - məqalədə qeyd edilir.
