Bakı metrosunda daha bir insident olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə “Bakı Metropoliteni”nin “Nəriman Nərimanov” stansiyasında qeydə alınıb. 30-35 yaşlarında kişi özünü qatarın altına atıb.
Maşinistlər qatarı vaxtında dayandıra bildiyindən ona heç nə olmayıb.
Özünü qatarın altına atan şəxs xilas edilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin 1989-cu il təvəllüdlü Sadıxov Murad Məhəmməd oğlu olması müəyyən edilib.
Qeyd edək ki, Bakı metrosunda dünən də analoji hadisə baş vermişdi.
E.Ə.
www.oxu.az