Bu gün Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların hamısı Kliniki Tibbi Mərkəzə gətirilib.
Oxu.Az xəbər verir ki, Mərkəzdən APA-ya verilən məlumata görə, hadisə nəticəsində 4 nəfər - Niftəliyev Vüsal (1983-cü il), Əzizov Vüqar (1985-ci il), Verdiyev Tacəddin (1986-cı il), Pənahov Ruslan (1981-ci il) xəsarət alıb.
Onlardan 1-i ambulator, 3-ü isə stasionar şəraitdə müalicəsini davam etdirir. Bildirilib ki, neyrotravma və travma şöbəsində müalicə olunan şəxslərdən 2-nin başında, 1-nin isə budunda sınıq var.
Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. “Tofaş” markalı, 10-CD-426 dövlət nömrə nişanlı və “Toyota-Avalon” markalı, 50-DS-002 markalı avtomobillərin toqquşması nəticəsində avtomobillərə ciddi ziyan dəyib. “Tofaş” markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb.
15:20
Bu gün Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Tofaş” markalı, 10-CD-426 dövlət nömrə nişanlı və “Toyota-Avalon” markalı, 50-DS-002 markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, “Tofaş” markalı avtomobildə olan 4 sərnişin xəsarət alıb. Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Polis əməkdaşları hadisə yerinə cəlb olunub və hər iki avtomobil cərimə meydançasına aparılıb.
A.M.