Bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunda tıxac yaranıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, tıxaca həmin yolda baş verən qəza səbəb olub.
Belə ki, Sumqayıt istiqamətində hərəkət edən iki “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində hazırda yolda hərəkət dayanıb.
Qəzanın baş vermə səbəbləri məlum deyil. Hadisə yerinə yol polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
S.B.
www.oxu.az