Bakıda 55 yaşlı qadının xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Mehdiyeva Yeganə Arif qızı yolu keçərkən onu minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.