Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş zəncirvarı qəzada ölən və yaralananların adları açıqlanıb.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, “Toyota”, “Wolksfagen” və “Hyundai” markalı üç avtomobilin bir-birinə çırpılması nəticəsində “Hyundai Accent”i idarə edən 32 yaşlı Aysel Quliyeva vəfat edib. Digər avtomobillərdə olan 22 yaşlı Seymur Davudov və 23 yaşlı Şəhriyar Ələsgərov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
11:42Bakının mərkəzində zəncirvarı yol qəzası baş verib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” markalı 99 RL 220 nömrə, “Wolksfagen Passat” markalı 90 CJ 620 nömrə nişanlı və “Hyundai” markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı üç avtomobil toqquşub.
Nəticədə avtomobillərdə olan şəxslərdən 32 yaşlı qadın vəfat edib, 2 gənc oğlan isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
31.05.2017 (16:00)
Bakıda baş verən qəzanın təfərrüatları məlum olub.
Oxu.Az xəbər verir ki, bu gün günorta saatlarında Heydər Əliyev prospektində “Lexus” markalı avtomobil idarəetməni itirərək eyni istiqamətdə hərəkət edən avtomobilə çırpılıb.
Zərbənin təsirindən avtomaşın ərazidə olan 2 avtomobilə dəyib.
Hadisə zamanı ölən və yaralananın olduğu deyilir.
14:46Bakının Heydər Əliyev prospektində bir neçə avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-a oxuculardan biri məlumat verib.
Avtoqəza nəticəsində yaralılar var.
Hadisə ilə əlaqədar görüntüləri təqdim edirik.
Elvin Əhmədov
www.oxu.az