Abşeronda ağır yol qəzası baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, ötən gecə saat 9 radələrində Novxanı qəsəbəsində “Daewoo” markalı 90 TH 532 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu ilə “BMW” markalı, 90 VS 007 nömrəli minik avtomobili toqquşub.
Nəticədə minik avtomobilində olan 47 yaşlı kişi ağır bədən xəsarətləri alaraq ölüb.
Daxili İşlər Nazirliyi Abşeronda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-in yaydığı məlumata görə, mayın 7-də saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Zəngilan rayon sakini Faiq Quliyev idarə etdiyi "Daevoo" markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ayaz Əfəndiyevin idarə etdiyi "BMW" markalı avtomobilə vurub və nəticədə F.Quliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az