Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, paytaxtın Cavanşir küçəsində iki avtomobil – “Mercedes” və “Jiquli” toqquşub.
Zərbənin gücündən “Jiquli” səki ilə hərəkət edən 1998-ci il təvəllüdlü Mahmudlu Məryəm Mirzağa qızına dəyib. Nəticədə piyada bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Fakt araşdırılır.
A.M.