Kanala düşən avtomobil hadisə şahidlərinin köməyi ilə sudan çıxarılıb.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib. "VAZ-21 099" markaıl avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil su kanalına düşüb.
Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Ətrafdakı insanlar hadisə yerinə evakuator çağırıblar və avtomobili sudan çıxarıblar.
Z.Q