Bakıda naməlum motosiklet iki nəfəri vurub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Əlizadə küçəsində baş verib.
Nömrəsi və sürücüsü məlum olmayan motosiklet 1961-ci il təvəllüdlü Familə Abdullayeva ilə 5 yaşlı nəvəsi Həşimi vurub.
Hər iki şəxsə tibbi yardım göstərilib.
Hadisəni törədən şəxs axtarılır.
A.M.