Bakıda yol-nəqliyyat hadisəsi törətmiş sürücü tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il oktyabrın 28-də Südabə Məmmədovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü Bakı şəhər sakini Şəhriyar Əliyev saxlanılıb.
Araşdırma aparılır.
A.M.