Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda şortik festivalı keçirildi – FOTO
Dünən - avqustun 2-si Bakıda ilk dəfə şortikə həsr olunmuş yürüyüş festivalı keçirilib.
Oxu.Az xəbər verir ki, Flashmob Azerbaijan tərəfindən keçirilən festivalın əsas məqsədi şortik geyinən insanlara dəstək olmaqdır.
Yürüşdə dizdən uzun olmayan şortda gələn insanlar iştirak ediblər.
Gənclər ilk öncə Dənizkənarı Bulvarda yığışıb, sonra Nizami küçəsinə (Tarqovı) tərəf irəliləyiblər, yürüş Sahil parkında bitib.
Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə şortik geyinənlərə dəstək kampaniyası keçirilir. Belə ki, sosial şəbəkə istifadəçiləri şortiklə şəkil çəkdirərək #MənŞortGeyinirəm haştaqları ilə paylaşımlar edirlər.
Elvin Əhmədov
www.oxu.az