Paytaxtın Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində 2002-ci il təvəllüdlü Məmmədova Vüsalə İlham qızını avtomobil vurub. Nəticədə yeniyetmənin ayağı sınıb.
Yaralı 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
S.B.
www.oxu.az