Bakıda avtomobil sahibinin özbaşınalığı əksər sürücülərə çətinlik yaradıb. “Hyundai Sonata” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yol kəsişməsində, əks istiqamətə çıxarıb, piyada zolağında saxlayaraq qaydaları pozub.
Oxu.Az-a daxil olan məlumata görə, 99 KK 022 nömrə nişanlı avtomobilin sürücüsü hər gün avtomobili eyni vəziyyətdə saxlayaraq nəqliyyat vasitələrinin hərəkətinə mane yaradır.
Qeyd edək ki, hadisə 8 mikrorayon adlanan ərazidə baş verib.
E.Ə.
www.oxu.az