Paytaxtın Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, qəza Bakıxanov körpüsü yaxınlığında baş verib.
Taksi kimi fəaliyyət göstərən “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 83 yaşlı Svetlana Turkinanı vurub.
S.Turkina ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az