Xətai rayonu Süleyman Vəzirov küçəsinin təmiri işləri aparılır.
Bu barədə “Azəravtoyol” ASC-dən Oxu.Az-a bildirilib.
Məqsəd küçə ilə vətəndaşların rahat və maneəsiz hərəkətini təmin etməkdir. Sözügedən küçənin uzunluğu 700 metr, ortalama eni 12 metrdir.
Təmir işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır. Bunun əvəzinə küçəyə ikiqat olmaqla yeni asfalt örtüyü döşənir. Ümumilikdə yolun 10 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub.
U.A.