Azərbaycanın paytaxtı Bakının gözəlliyi dillər əzbəridir.
Oxu.Az xəbər verir ki, dünyanın artıq hər yerində insanların gəzmək istədiyi paytaxtlar arasında Bakı da var.
Ola bilər valideynlərinin elə bu istəyi və Bakının gözəlliyindən dil dolusu danışmaları balaca rus qız Sofanı danışdırır və o, ağlayaraq Bakını istəyir.
Uşağın ağladığını görən atası Sofadan nə olduğunu soruşanda uşaq ən böyük istəyinin Bakıya getmək olduğunu bildirir. Atası uşağın Bakıya getmək istəyinin səbəbini soruşduqda Sofa “Orda oyuncaqlar var” deyir. Anası ona kömək olsun deyə “Orda dəniz var denən” deyir. Buradan məlum olur ki, ana-bala bu yay istrahətini Bakıda keçirmək istəyirlər və evin böyüyünə istəklərini belə bildirirlər.