Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Baydenin prezidentliyi ancaq belə hadisələrlə yadda qalacaq - SİYAHI + FOTO/VİDEO
“Newswek” jurnalı ABŞ Prezidenti Co Baydenin 2022-ci ildə etdiyi ən böyük səhvlərini dərc edib.
Siyahıda ilk yerdə Ağ Ev rəhbərinin martın 1-də Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı çıxışı zamanı ukraynalılarla iranlıları səhv salması durur. Video sosial şəbəkədə virus kimi yayılmışdı. Qeyd edək ki, analoji hadisə Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında da baş verib.
Oxu.Az-ın məlumatına görə, yuxarıda qeyd edilən hadisələr bu il Ağ Ev rəhbərinin qeyri-adi davranışlarının yalnız cüzi bir hissəsidir. Belə ki, yanvar ayında Bayden yeni il münasibəti ilə vətəndaşlara müraciətində ölkəsinin 2020-ci ili uğurla keçirəcəyinə ümid etmək üçün əsaslarının olduğunu dilə gətirib. Elə həmin ay tədbirlərin birində mikrofonunun açıq olduğundan xəbərsiz olan ABŞ Prezidenti Co Bayden ona inflyasiya ilə bağlı sual verməyə çalışan “Fox News” telekanalının müxbirini söyüb. Mart ayında çıxışı zamanı o, təsadüfən “şparqalkasını” nümayiş edib (daha sonra bu hadisə başqa bir tədbirdə təkrarlanıb). Karolinada, Nyu-Yorkda, daha sonra isə Sietldə çıxışından sonra o arxaya çevrilərək boşluqla əl verib görüşmək istəyib, vəzifəyə nə zaman gəldiyini, rəhbərlik etdiyi ölkənin adını, hətta bəzən özünün vəzifəsini yadından çıxarıb, Konstitusiyanı və ABŞ Müstəqillik Bəyannaməsini qarışdırıb, Cənubi Koreyanın indiki və keçmiş prezidentlərinin adlarını, Şimali Koreya ilə Cənubi Koreyanı, İsveçlə İsveçrəni səhv salıb, bəzən nə barədə danışdığını unudub və s.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada hərbi bazada güclü partlayış - Xəsarət alanlar var
- Cənubi Koreya prezidentinin tərəfdarları və əleyhdarları Seulda etiraz aksiyası keçirdilər
- Cənubi Koreya prezidenti dindirilmə prosesinə gəlməyib
- Cənubi Koreyada ordunun baş qərargah rəisi həbs edildi
- Cənubi Koreyanın hakim partiyasının sədri istefa verdi