Yaponiyada rekord qiymətə, 11 min dollara bir salxım üzüm satılıb.
Oxu.Az xəbər verir ki, ölkənin qərbindəki supermarketlərdən birinin sahibi Takamaru Konishi giləsi 360 dollardan 30 gilə üzüm alıb.

İshikawa bölgəsində yetişən bu çox şirin üzüm növü mövsümün ilk məhsuludur.
Supermarket sahibi baha qiymətə aldığı üzüm barəsində bunları deyir:
“Mağazamızda bu üzümləri nümayiş etdirəcəyik və müştərilərimizə daddıracağıq”.

Yaponiyada yüksək qiymətlərə satılan meyvələr ictimai status simvolu daşıyır. Yaponlar meyvə növlərinə çox yüksək qiymətlər verirlər.
Ölkədə bir ədəd alma 3 dollara satıla bilir.
Keçən il iki ədəd qovuna 12 min dollardan çox qiymət qoyulmuş və satılmışdır.
Aytən Sadıqzadə
www.oxu.az