Məşhur rusiyalı bloger Sergey Dolya Bakının küçələrində gəzib və “Brilyant əl” komediyasının quldurlarının fəaliyyət göstərdikləri gizli qapının arxasına nəzər salıb.
Oxu.Az onun orada gördüklərinə dair hesabatı dərc edib.
“İstirahət günlərində Bakıda olmuşam, köhnə şəhərdə gəzdim.

“Brilyant əl” filminin əsas hissəsinin çəkildiyi küçədə oldum”.

Yuri Nikulinin canlandırdığı qəhrəmanın getdiyi qapı açıq idi. Mən içəri baxmağı və bu qapının ardında həqiqətdə nə gizləndiyini öyrənməyi qərara aldım... Qeyd etmək lazımdır ki, yer yetərincə dəyişib. Yeni eyvan peyda olub. Asfalt əvəzinə indi yerdə daş döşəmədir.

Sizi çox intizarda saxlamayacam. İçəri girək.

Burada filmdə nə olduğunu yadınıza salın.

Bu, isə reallıqdır.

Yaşayış evinin Odessa həyətlərinə bənzəyən həyəti.

Bir qədər yuxarı qalxdım.


E.Ə.
www.oxu.az