Məşhur azərbaycanlı bəstəkar və musiqi prodüseri İsa Məlikovun xanımı sosial şəbəkədə ailə fotolarını paylaşıb.
Oxu.Az xəbər verir ki, bəstəkarın həyat yoldaşı Paulina Volodkovskaya Polşa əsillidir. Cütlüyün Melisa adında qız övladı var.
Qeyd edək ki, İsa Məlikov 2008-ci ildə “Bakı Musiqi Fabriki” prodüser mərkəzini qurub və onun baş prodüseri olub. Onun rəhbərliyi ilə “BMF” prodüser mərkəzinin ilk məhsulu “Eurovision 2009” Beynəlxalq mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadədir. İ.Məlikov 2009-cu ildə Azərbaycanda ilk rəsmi rekord-leybli olan “BMF Records” təşkil edib. Bir çox musiqili layihələrin ideya müəllifi, bir çox hitlərin, kinofilmlərə bəstələnmiş musiqilərin müəllifidir. Mahnılarını Azərbaycan estradasının ən parlaq ulduzları - Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan, Elnarə, Elşad Xose, Manana, İradə İbrahimova, Sevda Ələkbərzadə və başqaları ifa edirlər.
Aytən Sadıqzadə
www.oxu.az