Caninin Kaliforniya ştatının Stokton şəhərinin polisinin Facebook səhifəsində yerləşdirilmiş “cazibədar” fotosu, 24 saat ərzində 20 mindən artıq “like” yığıb. İstifadəçiləri caninin cəsarətli xarici görünüşü və qeyri-adi mavi gözləri cəlb edib.
Oxu.Az The Daily Mail-ə istinadən xəbər verir ki, 30 yaşlı Ceremi Miks qanunsuz silah və sursat saxlamaqda ittiham edilir.
Şəklin altında 5800 rəy yazılıb. Cereminin xarici görünüşündən təsirlənən qadınlar şərh yazıblar.
Qeyd edildiyi kimi, polis reydinin nəticəsində Miks ilə bərabər saxlanılan Terri Beylinin fotosu cəmi 14 “like” yığıb.
