“Coca-cola” planetdə hamıya tanış olan brenddir. Bu içkisiz heç bir tədbir, uşaq bayramları, ailə şənliyi keçirilmir və onu istənilən mağazada tapmaq olar. “Cola”nı olduğu kimi, buz və ya limon əlavə edərək içirlər, ondan müxtəlif kokteyllər üçün istifadə edirlər, ondan hətta meyvəli buz da hazırlayırlar.
Amma bu içkinin çatışmazlıqları da hamıya tanışdır: yüksək şəkər tərkibi, süni tərkib hissələri, ciddi nəticələrlə bitən maddələr mübadiləsinin pozulması. Amma yenə də hamı “cola”nı məmnuniyyətlə içir. Bəlkə aşağıda təqdim edilən siyahı bir çoxlarını düşünməyə vadar edər.
Beləliklə, “cola”dan istifadənin adət etmədiyimiz 18 üsulu:
“Coca-cola” ayaqyolunu təmizləmək üçün vasitə kimi
“Cola”nın köməyi ilə ayaqyolunu təmizləmək üçün onu sadəcə unitaza töküb gözləmək lazımdır. Kimyəvi maddələr keramikadan başqa hər şeyi parçalayır. Bir saat sonra fırça ilə yüngülcə sürtün və su ilə yuyun, vəssalam!

“Cola” ləkəçıxarıcı kimi
Nəyə görə “cola” olduğu halda bahalı ləkəçıxarıcılar alırsız? Paltar yuyan zaman sadəcə bir qədər “cola” əlavə edin və geyimləriniz mükəmməl təmiz olacaq. Eləcə də fosfor turşusu və tərkibinə daxil olan digər kimyəvi maddələrin sayəsində içki fərahlandırıcı effektinə də malikdir.

“Cola” şüşə təmizləyicisi kimi
Tərkibində olan limon turşusuna görə “cola”nı şüşə təmizləyicisi kimi istifadə etmək olar. Pəncərələr və şüşə səthlər parıldayacaq. Bu gündən etibarən restoranda buzlu şüşətəmizləyicisi sifariş vermək asan olmayacaq.
“Cola” həşəratlarla mübarizə vasitəsi kimi
Bizim kimi həşəratlar da bu qırmızı köpüklü içkini sevirlər. Sadəcə bizdən fərqli olaraq onlar bu içkinin dadına baxan kimi ölürlər. Məsələn, əgər “cola”nı qarışqa yuvasının üzərinə töksək, o dəqiqə bütün qarışqa ailəsini məhv edərik.
“Coca-cola” saçlar üçün
Saç ustanız saçınızı istədiyiniz rəngə boyamayıb? Problem deyil cola saçlarınızın rəngini açacaq, sadəcə miqdarı düzgün seçmək lazımdır. Beləcə yalnız pula deyil eləcə də zamana qənaət etmiş olarsız.
“Coca-cola” – həlledici
Saçınıza saqqız yapışıb? Problem deyil, “cola” onu asanlıqla əridəcək. Sadəcə “cola”nı saçın üstünə tökün və saqqızı çıxarın.

Ağrıkəsici vasitə
Arı və ya meduza sancsa “cola”nın tərkibində olan kimyəvi maddələr bir neçə dəqiqə ərzində ağrını dəf edəcək.
Qab yumaq üçün vasitə
Tava və qazanlarda qalan qida qalıqlarını “cola”nın köməyi ilə təmizləmək daha yaxşı olardı. Nəticə əladır, kimyəvi maddələr hər şeyi parçalayaraq təmizləyir.
Pas əleyhinə vasitə
“Coca-cola”nı istənilən səthdən asanlıqla təmizləmək olar.
Pestisid
Hindistanda “coca-cola”nı çox uğurla pestisid kimi istifadə edirlər, bu kimyəvi maddələrdən ucuz başa gəlir.
Buzəritmə vasitəsi
Qışda “cola” çox tez bir zamanda avtomobilin şüşəsinin buzunu əridə bilər. Sadəcə şüşənin üzərinə tökmək yetərlidir.
Gübrə
“Cola” bostanda da faydalı ola bilər. Sadəcə komposta əlavə edin. Bu mikroorqanizmlərin artmasına gətirib çıxaracaq, onlar isə torpağın məhsuldarlığı üçün çox vacibdirlər.
Staylinq üçün vasitə
Qazı çıxarılmış “cola”nın yardımı ilə buruqlar düzəltmək olar: saçlarını islat, bir neçə dəqiqə saxla, sonra su ilə yu ki, yapışqan görünməsin.
Dəriyə qulluq vasitəsi
“Cola”nı nəmləndirici kremə əlavə et – dəri yumşaq və parlaq olacaq.
Mebel üçün təmizləyici
Əgər uşaqlar mebelin üzərini yazıblarsa əsgini “cola”da islat və səthi sil. Sonra isə sabunlu su ilə yu ki, mebel yapışqan olmasın.
Yağ ləkələrini təmizləmək üçün vasitə
Dağılan yağ çox zaman problem yaradır. Əgər bu baş veribsə “cola”da isladılmış süngərin köməyi ilə yağ ləkəsini silin, ləkə hansı səthdə olmasından asılı olmayaraq təmizlənəcək.
Qan ləkələrinin təmizlənməsi üçün vasitə
“Cola”nın yardımı ilə qan ləkələrini geyimlərdən deyil, eləcə də cinayət yerindən təmizləmək olar. Ondan polislər qətl yerində səliqə yaratmaq üçün istifadə edirlər.
“Coca-cola” incəsənətin keşiyində
Vintajı bəyənirsizsə, aşağıdakı üsuldan istifadə edə bilərsən: fotonu “cola” ilə islat sonra tez sil. Qəhvəyi rəng fotonu “qədimləşdirəcək”.
Sadəcə təəccüblüdür ki, “cola”nın yardımı ilə nə qədər şey etmək olar. Bir yığın təmizləyici vasitə almaqdansa bu köpüklü vasitədən istifadə etmək olar. Amma indi tamamən aydındır ki, bunu içmək lazım deyil.